"Yuventus" Fransadan transfer edir

"Yuventus" növbəti mövsümün hazırlıqlarına başlayıb.

Sportline.az tanınmış jurnalist Fabrisio Romanoya istinadla xəbər verir ki, turinlilər "Lill"in hücumçusu Timoti Veanın transferini reallaşdırmağa yaxındırlar.

23 yaşlı futbolçunun sabah yeni klubu ilə müqavilə bağlayacağı gözlənilir.

Bu keçidin "Yuventus"a 12 milyon avroya başa gəldiyi bildirilir.

2023-2024 mövsümündə 32 oyuna çıxan Vea 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Banner