"Yuventus" "Mençester Yunayted"ə rəqib oldu

"Arsenal"ın futbolçusu Məsut Özili heyətində görmək istəyən komandaların sayı artıb. 

SportLine.az xəbər verir ki, "Yuventus" da türkiyəli yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə "Corriere dello Sport" məlumat yayıb.

Bildirilib ki, Turin təmsilçisi yay transfer pəncərəsində Almaniya millisinin üzvünü transfer etmək niyyətindədir. "Topçular" M.Özili yanvar ayında satmasalar, "Yuventus" mövsümün sonunda futbolçu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, M.Özilin "Arsenal"la müqaviləsi iyun ayında bitdiyi üçün yay transfer pəncərəsində azad agent statusu alacaq.

"Mançester Yunayted" də futbolçunun xidmətində maraqlıdır.