"Yuventus" "Qalatasaray"ı qəbul edir
UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulur.
Sportline.az xəbər verir ki, "Yuventus" "Allianz Stedyum"da "Qalatasaray"la qarşılaşacaq. İlk görüşdə Turin klubunu 5:2 hesabı ilə məğlub edən "cimbom" İtaliyaya sərfəli nəticə ilə gəlib.
Heyətlərə nəzər saldıqda meydan sahiblərində Qleyson Bremer, Emir Holm, Arkadüş Milik, Duşan Vlahoviç zədə, Andrea Kambiasso və Xuan Kabral cəza səbəbindən görüşü buraxmalı olacaq.
İstanbul klubunda isə Mauro İkardinin oynaması sual altındadır.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə gecə saat 12-də səslənəcək görüşü portuqaliyalı hakim Joao Pedro Silva Pinhero idarə edəcək.