"Yuventus" "Qalatasaray"ın ulduzuna göz qoydu

"Qalatasaray"ın forvardı Viktor Osimhen "Yuventus"un maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, Turin klubu yayda nigeryalı futbolçunu heyətinə qatmağı planlaşdırır.

Bu haqda "Tutto sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, "Qalatasaray" Osimheni ötən ilin yayında "Napoli"dən 75 milyon avro qarşılığında transfer etmişdir.