"Yuventus" son saniyələrdə sevindi

İtaliya A seriyasında 28-ci tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Lider "Yuventus" doğma meydanda "Milan"la qarşılaşıb. 

Gərgin mübarizə şəraitində keçən matçın taleyi son saniyələrdə həll olunub. Dibalanın penaltidən vurduğu qol Turin təmsilçisinə 3 xal qazandırıb.

“Yuventus” – “Milan” - 2:1
Qollar:
 Benatia, 30 (1:0), Bakka, 43 (1:1), Dibala, 90+7-pen. (2:1) 
Qırmızı vərəqə:
 Sosa, 90+3 ("Milan")