"Yuventus" Vlaxoviç məsələsinə aydınlıq gətirib

"Yuventus" Duşan Vlaxoviçlə yola davam etmək niyyətindədir.

Sportline.az xəbər verir ki, Turin nəhəngi serbiyalı hücumçuya yeni müqavilə təklif etməyi planlaşdırır.

Həmin müqavillədə daha sərfəli şərtlər əksini tapacaq.

Bu haqda İspaniyanın Sport.es. saytı məlumat yayıb.

Həmin anlaşmanın 2028-ci ilədək müddəti əhatə edəcəyi bidirilir. 

Xatırladaq ki, 2022-ci ildən "Yuventus"un şərəfini qoruyan Vlaxoviç 104 oyuna 43 qol və 9 asistlə yadda qalıb.

Transfermarkt portalında onun dəyəri 65 miyon avro kimi göstərilir.