"Yuventus" yarımfinalda
İtaliya kubokunun 1/4 finalında "Yuventus" "Latsio"nu qəbul edib.
Sportline.az xəbər verir ki, Turindəki "Alyans-Yuventus" stadionunda keçirilən matçda meydan sahibləri 1:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
"Yuventus" - "Latsio" - 1:0
Qol: Bremer, 4
Qeyd edək ki, bundan əvvəl “İnter”, “Fiorentina” və “Kremoneze” yarımfinala yüksəlib. Yarımfinalda apreldə “İnter” “Yuventus”la, “Kremoneze” isə “Fiorentina” ilə qarşılaşacaq.