"Yuventus" yeni futbolçusunu təqdim etdi

"Yuventus" yeni transferi Adrien Rabyonu təqdim edib.

Sportline.az xəbər verir ki, PSJ-dən ayrılan fransalı yarımmüdafiəçi yeni klubunda 25 nömrəli forma geyinəcək.

Uzunmüddətli müqaviləyə imza atan 24 yaşlı oyunçu "Yuventus"da ilinə 7 milyon avro qazanacaq.