"Yuventus"da ayrılıq yaşanıb

"Yuventus" baş məşqçisi Tiaqo Motta ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Turin klubunu müvəqqəti olaraq İqor Tudor çalışdıracaq.

Qeyd edək ki, "Yuventus" İtaliya A Seriyasında 52 xalla 5-ci pillədə qərarlaşıb.