"Yuventus"dan məğlubiyyətə bərabər qələbə

UEFA Çempionlar Liqasında koronavirus pandemiyası səbəbindən təxirə salınmış 2019/2020 mövsümü bərpa olunub.

Sportline.az xəbər verir ki, Avropanın bir nömrəli klub turniri 1/8 final mərhələsinin cavab görüşləri ilə başlayıb.

"Yuventus" "Lion"la qarşılaşıb. "Qoca Sinyora" 2:1 hesabı ilə qalib gəlsə də, ilk oyunda 0:1 hesabı ilə uduzduğu üçün mərhələ adlaya bilməyib

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

7 avqust

23:00. "Yuventus" (İtaliya) - "Lion" (Fransa) 2:1
Qollar:
Memfis Depay, 12-pen. (0:1), Kriştiano Ronaldo, 43-pen. (1:1), 60 (2:1)

İlk oyun - 0:1