"Yuventus"la bağlı qərar açıqlandı

"Yuventus" futbolçuların məvacibi ilə bağlı fırıldağa görə növbəti xallardan məhrum olunmayacaq.

Sportline.az xəbər verir ki, İtaliya Futbol Federasiyasının bu gün keçirilən iclasında Turin klubuna sözügedən məsələ ilə bağlı 718 min avro cərimə kəsilib.

Xatırladaq ki, "Yuventus" klubu maliyyə kapitalının qeyri-qanuni artırılmasına görə bu mövsüm 10 xaldan məhrum edilmişdi.

 

Banner