"Yuventus"u daha bir cəza gözləyir
"Yuventus" yenə də xaldan məhrum edilə bilər.
Sportline.az xəbər verir ki, bu gün İtaliya Futbol Federasiyasının iclasında sözügedən məsələ müzakirə olunacaq.
Səbəb klubun futbolçuların məvaciblərində etdiyi qanun pozuntularıdır.
"Qoca sinyora"nı pul cəriməsi və ya xaldan məhrum etmə cəzasə gözləyir.
İkinci varianta üstünlük verilsə "Yuventus"un aktivindən daha 2-3 xal silinəcək.
Qeyd edək ki, Turin klubu bu mövsüm 10 xaldan məhrum edilib.