"Yuventus"u təhlükə gözləyir

UEFA "Yuventus"u avrokuboklarda iştirakdan məhrum edə bilər.

Sportline.az verir ki, bu haqda İtaliyanın "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Mənbə bildirir ki, klubda maliyyə pozuntusu faktı təsdiqləndiyi halda, "Yuventus"a beynəlxalq turnirlərdən kənarlaşdırılma şəklində sanksiya da tətbiq olunacaq. Hazırda mümkün pozuntularla bağlı araşdırma aparılır.

Daha öncə İtaliya mətbuatı məlumat yayıb ki, koronavirus koronavirus pandemiyası zamanı “Yuventus” oyunçularına gizli şəkildə maaş ödəyib. Halbuki həmin vaxt klub rəsmın elan edib ki, oyunçuları müvəqqəti olaraq maaşdan imtina edib. iddia edilir ki, "Qoca sinyora" 17 futbolçusuna qeyri-qanuni olaraq 60 milyon avro ödəyib. Bildirilir ki, ictimaiyyətə futbolçuların maaşdan imtina etməsi bildirilsə də, "Yuventus" rəhbərliyi futbolçularla gizli müqavilələr bağlayaraq onlaa yüksək məbləğdə pul ödəyib.

Əlavə edək ki, maliyyət pozutuları ilə bağlı araşdırma başladıqdan sonra "Yuventus"un rəhbərliyi istefa verib.

Banner