"Yuventus"un futbolçusu "Cenoa"da

“Yuventus” futbolçusu Luka Pelleqrinini icarəyə göndərib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 21 yaşlı karyerasını “Cenoa”da davam etdirəcək. Oyunçu cari mövsümün sonunadək A Seriyası klubunda çıxış edəcək.

Qeyd edək ki, Pelleqrini ötən il “Roma"dan “Yuventus”a keçib. O, geridə qalan mövsüm icarə əsasında “Kalyari”də oynayıb və 24 matça çıxaraq, 6 qolun ötürməsini verib.