"Yuventus"un futbolçusundan şad xəbər

“Yuventus”un futbolçusu Ueston MakKenni koronavirusdan sağalıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçidən götürülən növbəti test nümunələrinin cavabları mənfi olub.

MakKeninin oktyabrın 14-də koronavirusa yoluxduğu açıqlanmışdı. Bundan əlavə Turin klubunda Kriştian Ronaldo və U-23 komandasının baş məşqçisi Lamberto Zaulidə COVİD-19 aşkarlanmışdı.

Qeyd edək ki, MakKenni "Yuventus"a avqust ayında “Şalke”dən icarəyə keçib .