"Yuventus"un heyəti bəlli oldu

Çempionlar Liqasında yoluna davam edən "Yuventus" 1/8 final mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. SportLine.az xəbər verir ki, Massimiliano Alleqrinin heyətində 24 futbolçu var:

Qapıçılar: Canluici Buffon, Neto, Audero

Müdafiəçilər: Corcio Kyellini, Medhi Benatia, Aleks Sandro, Andrea Barzali, Leonardo Bonuççi, Dani Alves, Daniele Ruqani, Stefan Lixtştayner

Yarımmüdafiəçilər: Miralem Pyaniç, Sami Kedira, Klaudio Markizio, Federiko Mattiello, Mario Lemina, Kvadvo Asamoa, Stefano Sturaro, Tomas Rinkon

Hücumçular: Xuan Kuadrado, Qonzalo İquayn, Mario Mancukiç, Marko Pyaça, Paulo Dibala

Qeyd edək ki, “Yuventus” ÇL-nin 1/8 final mərhələsində “Porto” ilə qarşılaşacaq.