"Yuventus"un sabiq oyunçusu "Flamenqo"da

Braziliyalı sol cinah müdafiəçisi Aleks Sandro ölkəsinin "Flamenqo" klubuna keçib.

Sportline.az Sportitalia-ya istinadla xəbər verir ki, 33 yaşlı futbolçu azad agent statusunda "qırmızı-qaralar"ın sıralarına qoşulub.

Futbolçu ilə 2026-cı ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Aleks Sandronun son klubu "Yuventus" olub.O, "Qoca sinyora" ilə 5 dəfə İtaliya A Seriyasının qalibi olub.