"Yuventus"un ulduzu gedir

"Yuventus"un futbolçusu Sami Xedira komandadan ayrılır.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, gələn həftə qarşılıqlı razılıq əsasında almaniyalı yarımmüdafiəçinin klubla müqaviləsi ləğv ediləcək.

Yeni baş məşqçi Andrea Pirlo da Xedira ilə çalışmaqda maraqlı deyil.

Bundan başqa, Duqlas Kostanın da yaxın vaxtlarda başqa kluba satılacağı bildirilib.

Qeyd edək ki, Xedira 2015-ci ildə "Real"dan Turin klubuna keçib.