Zəfər Kuboku böyükhesablı qələbə ilə başlayıb

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokuna start verilib.

Sportline.az xəbər verir ki, turnirin açılış oyununda "Zəngilan" və "Ağdam" komandaları üz-üzə gəlib.

D qrupundakı qarşılaşma "Ağdam"ın 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını Xanoğlan İmanov (3), Şəfail Baxşıyev (3), Mirbağırağa Cəfəri (2), Elvin Rüstəmov və Faiq Tahirov vurub.

Qrupun növbəti oyunlarında "Ağdam" mayın 15-də, "Zəngilan" isə mayın 22-də "Xankəndi" ilə üz-üzə gələcək.

Qeyd edək ki, Zəfər Kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, "Kəhriz su"nun və “Traumotology Orthopedic Center”in (TOC) tərəfdaşlığı, "Report" agentliyinin informasiya dəstəyi ilə gerçəkləşir.