Zelenskidən millinin məğlubiyyətinə yumoristik münasibət

Ukrayna Prezidenti Volodimir Zelenski xalqa dünənki Yeni il təbrikində yumorundan qalmayıb.

Sportline.az xəbər verir ki, o, Avro-2020-nin 1/4 final mərhələsində Ukraynanın İngiltərəyə 0:4 hesabı ilə uduzduğu oyuna toxunarkən deyib:

"Ukrayna Avropada TOP-8-liyə düşdü. Bu, əla səslənir. Və 1/4 finalda İngiltərəyə uduzduq. Ona görə uduzduq ki, bizim uşaqlar Ukraynanın strateji tərəfdaşı ilə münasibətlərinin korlanmasını istəmədilər".