"Zenit" "Beşiktaş"dan Fernandesin transferi ilə bağlı danışıqlardan çəkilib

"Zenit" "Beşiktaş"ın portuqaliyalı futbolçusu Qedson Fernandesin transferi ilə bağlı Türkiyə klubu ilə danışıqları dayandırıb.

Sportline.az xəbər verir ki, bu barədə Rusiyanın RİA Novosti nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, danışıqlar nəticəsiz başa çatıb.

İyun ayında media "Zenit"in Fernandesin transferi ilə bağlı 18 milyon avroya razılaşdığını, futbolçunun özü ilə 2028-ci ilə qədər illik 3 milyon avro maaşla müqavilə imzaladığını iddia etmişdi.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi 2022-ci ildən "Beşiktaş"da çıxış edir.Bu müddət ərzində Türkiyə klubu ilə 81 oyuna çıxan futbolçu 6 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb