"Zenit" Deyan Lovreni bu kluba satdı

"Zenit"in futbolçusu Deyan Lovren "Lion"a keçib.

Sportline.az xəbər verir ki, bu barədə Rusiya klubun mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı müdafiəçinin keçidi üçün Fransa klubu Sankt-Peterburq təmsilçisinə 2 milyon avro ödəyib.

Qeyd edək ki, 2020-ci ildə "Liverpul"dan ayrılaraq "Zenit"ə keçən 33 yaşlı futbolçunun klubla 2023-cü ilin yayına qədər müqaviləsi var idi.

Banner