"Zenit" Moskvada uduzdu
Rusiya çempionatının 5-ci turunda “Zenit” Moskva “Dinamo”sunun qonağı olub.
Sportline.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən oyunun ilk hissəsində hesab açılıb.
40-cı dəqiqədə meydan sahiblərindən Toni Şuniç fərqlənib. Fasiləyə minimal hesablı qələbə ilə yollanan “Dinamo” ikinci hissədə azlıqda qalıb. Dmitri Skopintsev qırmızı vərəqə ilə cəzalandırılıb. Sankt-Peterburq futbolçularından isə Vilmar Barrios oyundan kənarlaşdırılıb. Bu, oyunda son diqqət çəkən məqam olub. Minimal hesab qalib gələn “Dinamo” 10 xalla 4-cü pilləyə yüksəlib. “Zenit” isə ilk dəfə məğlub olmasına baxmayaraq 12 xalla liderliyini davam etdirir.