"Zenit" "Qalatasaray"dan 25 milyon avro tələb edir

"Zenit" Vendelin transferi üçün "Qalatasaray"dan 25 milyon avro tələb edir. 

Sportline.az xəbər verir ki, bu barədə Rusiyanın Championat.com saytı məlumat yayıb.

Mənbənin sözlərinə görə, Türkiyə klubu braziliyalı futbolçu üçün 18 milyon avrodan artıq ödəməyə hazır deyil. Bununla bərabər Vendelin Sankt-Peterburqu tərk etmək istədiyi vurğulanır.

Daha əvvəl mətbuatda tərəflərin 17 milyon avro qarşılığında razılaşdığı barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Zenit"in heyətində bütün turnirlər daxil olmaqla 35 oyuna çıxıb və aktivinə 4 qol və 10 asist yazdırıb.