"Zenit"dən "Fənərbağça"ya doğru

"Zenit"in brazilyalı futbolçusu Vendel "Fənərbağça"nın transfer radarına düşüb.

Sportline.az "A Spor" kanalına istinadən xəbər verir ki, Türkiyə klubu Vendelin meneceri ilə danışıqlara başlayıb.

27 yaşlı yarımmüdafiəçinin dəyəri 18 milyon avrodur.

Qeyd edək ki, Vendel ötən mövsüm çıxış etdiyi 27 matçda 2 qol 13 asistlə yadda qalıb.