"Zenit"in futbolçusu "Lokomotiv"də

Moskva "Lokomotiv"i heyətinə yeni futbolçu cəlb edib.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi Zəlimxan Bakaevləl müqavilə bağlayıb.

Razılaşmaya əsasən o, qarşıdakı iki ildə "dəmiryolçular"ın şərəfini qoruyacaq.

28 yaşlı hücumçu 7 nömrəli formanda meydana çıxacaq.

Qeyd edək ki, son olaraq "Zenit"də oynayan Bakayev, vaxtilə Moskva "Spartak"ı, Tula "Arsenal"ı və BƏƏ-nin "Əl-Vəhd" klublarının da formasını geyinib.