Eden Azar "Real"la razılığa gəldi
Qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdıran "Real" "Çelsi"nin futbolçusu Eden Azarı hədəf götürüb. SportLine.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan və klub rəhbəri Florentina Perez belçikalı ilə danışıb. Bu barədə "Daily Mail" məlumat yayıb.
Xəbərdə tərəflərin ilkin razılıq əldə etdiyi deyilir. E.Azar da "kral klubu"nda oynamaq istədiyini bildirib.
La Liqa təmsilçisinin yaxın günlərdə "zadəganlar"a rəsmi təklif ünvanlayacağı gözlənilir.
Qeyd edək ki, E.Azar 2012-ci ildə "Lill"dən "Çelsi"yə transfer olunub.