Zidan "Mançester Yunayted"dən buna görə imtina edib

Zinəddin Zidan "Mançester Yunayted"dən imtina etməsinin səbəbini açıqlayıb.

Sportline.az xəbər verir ki, fransalı mütəxəssis bunun dil baryeri ilə bağlı olduğunu bildirib.

Zidan ingiliscəsinin komandanı lazımı səviyyədə çalışdırmaq üçün yetərli olmadığını vurğulayıb.

O, "L`Equipe"yə müsahibəsində bu məsələnin uğurda böyük rol oynadını deyərək, bu amilə xüsusi diqqət yetirilməsinin vacibliyini ifadə edib.

Xatırladaq ki, Zidan 2021-ci ilin yayından işsizdir.

Fransalı əfsanənin son klubu Madrid "Real"ı olub.