Zidanın yeni klubu

“Real”dan ayrılan Luka Zidanın yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, fransalı qolkiper “Rayo Valekano”ya keçib. Klubun rəsmi saytı 22 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, “Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu olan qapıçı ötən mövsüm Madrid klubunun gənclərdən ibarət komandasında 33 oyuna çıxıb və 44 qol buraxıb.