"Zirə" Bakı Olimpiya Stadionunda
"Zirə” klubu mövsümün ikinci yarısının hazırlıqlarına başlayıb.
Sportline.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda bir araya gələn komandanın baş məşqçi Ayxan Abbasov mövsümün qalan hissəsi ilə bağlı futbolçularla söhbət edib. Komandanı qarşıda çətin oyunlar gözlədiyini bildirən Abbasov futbolçulara tövsiyələrini verib.
O, həmçinin yeni oyunçuları komandaya təqdim edib və onlara uğurlar arzulayıb.
Yalnız yerli futbolçuların iştirak etdiyi məşqə komandanın yeni transferləri də qatılıb. Legionerlər isə bir neçə gündən sonra çalışmalara qoşulacaq. BOS-un ehtiyat meydançasında komanda yüngül məşqlə kifayətlənib.