"Qarabağ" - "Zirə" matçında səssizlik, "Sabah"dan qələbə
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.
Sportline.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Avdokuboklara vəsiqə qazanmaq istəyən "Sabah" "Səbail"lə üz-üzə gələcək. "Dənizçilər" 15 xalla sonuncu - 8-ci, qonaqlar 36 xalla 5-ci pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 14 dəfə üz-üzə gəliblər. Bunların 6-da "Sabah", 5-də meydan sahibləri qələbə qazanıb. 3 görüşdə isə heç-heçə qeydə alınıb. Topların nisbətində də qonaqlar üstündür - 16:13.
Günün ikinci matçında çempionluğu təmin edən "Qarabağ" "Zirə"ni qəbul edəcək. Paytaxt klubu qalib gəlsə, UEFA Konfrans Liqasına vəsiqəni rəsmiləşdirəcək. "Köhlən atlar" 59 xalla liderdir, "qartallar" 42 xalla 3-cü sıradadır. Premyer Liqadakı əvvəlki 26 oyunun 18-də Ağdam təmsilçisi qələbə qazanıbsa, 8-i heç-heçə bitib. "Zirə" indiyədək rəqibinə qalib gələ bilməyib. Topların nisbətində də meydan sahiblərinin aşkar üstünlüyü var - 55:12.
Azərbaycan Premyer Liqası, XXVI tur
8 may (bazar)
18:00.“Səbail” – “Sabah” 0:2
Qollar: Letiç, 15, Rangel, 37
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”
20:15. “Qarabağ” – “Zirə” 0:0
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Azersun Arena”
Qeyd edək ki, tura mayın 9-da oynanılacaq "Qəbələ"- "Neftçi" və "Sumqayıt" - "Şamaxı" matçları ilə yekun vurulacaq.