“Neftçi” “Turan Tovuz”a qarşı
Misli Premyer Liqasında 23-cü turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, bu günə daha 2 matçın keçirilməsi nəzərdə tutulub.
Günün ilk qarşılaşmasında "Zirə" Kəpəz"i qəbul edib. Qarşılaşmanın son dəqiqələrinə qədər qonaqlar hesabda öndə olsa da, "Zirə" son dəqiqə qolu ilə hesabı bərabərləşdirib. Beləliklə, matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "Zirə" ilk dövrədə "Kəpəz"ə 5:0, 2-ci dövrədə isə 2:0 hesabı ilə qalib gəlib.
Günün son matçında isə "Neftçi" öz meydanında "Turan Tovuz"la üz-üzə gəlir. Bu komandaların ilk dövrədəki oyununda "Turan Tovuz" 1:0 hesablı qələbə qazanıb. İkinci dövrənin matçında isə qolsuz heç-heçə qeydə alınıb.
9 mart
Misli Premyer Liqası
23-cü tur
20:30.“Neftçi” – “Turan Tovuz” - 0:0 (Fasilə)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
“Palms Sports Arena”
18:30.“Zirə” – “Kəpəz” - 2:2
Qollar: Eren Aydın, 5 (1:0), Rauf Hüseynli, 32 (1:1), Dioqo Verdaska, 51 (1:2), Ruan Renatov, 90+7 (2:2)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Cavid Cəlilov
Zirə İdman Kompleksinin stadionu
10 mart
19:15. “Sabah” - “Qəbələ”
7 mart
“Karvan-Yevlax” - “Sumqayıt” - 1:1
8 mart
"Qarabağ" – "Araz-Naxçıvan" - 6:0
"Şamaxı" – "İmişli" - 0:0