"Zirə" klubu yeni futbolçu ilə anlaşıb

“Zirə” klubu yeni futbolçu ilə anlaşıb.

Sportline.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "qartallar" Pərviz Azadovu heyətinə qatıb.

22 yaşlı yarımmüdafiəçi ilə 2,5 +1 illik müqavilə imzalanıb. Əldə edilmiş razılığa görə müqavilə 2023-cü ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Pərviz Azadov daha əvvəl “Şamaxı”nın şərəfini qoruyub.