"Zirə" klubunda yeni məşqçi
"Zirə" klubunda yeni təyinat olub.
Sportline.az xəbər verir ki, məşqçi Vüqar Məmmədlə müqavilə imzalanıb.
Mütəxəssis baş məşqçi Rəşad Sadıqovun köməkçilərindən biri olacaq. Onun sözləşməsi 1,5 illikdir.
Qeyd edək ki, Vüqar Məmməd 2019/2020 mövsümündə də "Zirə"nin əsas komandasında məşqçi kimi çalışıb.