“Zirə” “Peç”ə qarşı

2021/22 mövsümünun ikinci yarısı üçün hazırlıq prosesini Antalyada davam etdirən “Zirə” bu gün yoxlama oyununa çıxacaq. 

Sportline.az xəbər verir ki, komanda Macarıstan təmsilçisi “Peç” ilə qarşlıaşacaq. Görüşə Bakı vaxtı ilə 17:00-da start veriləcək. 

Qeyd edək ki, “Zirə” Antalyada daha 2 yoxlama oyunu keçirəcək. Paytaxt klubu  yanvarın 20-də Polşanın “Qurnik”(Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq. Komanda yanvarın 25-də Bakıya qayıdacaq.

13 yanvar
17:00. "Zirə" - "Peç" (Macarıstan)