"Zirə" Polşa klubuna qarşı

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün ikinci yoxlama görüşünü keçirəcək.

Sportline.az xəbər verir ki, komanda “Qurnik” (Polşa) ilə oyunda qarşılaşacaq. Təmsilçimizin Polşa klubuna qarşı matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Zirə” ilk sınaq oyununda Macarıstan klubu “Zeç”ə 3:5 hesabı ilə uduzub. Bakılılar son yoxlama görüşünü yanvarın 24-də “Breqalniça”ya (Şimali Makedoniya) qarşı keçirəcək.

Əlavə edək ki, "Qurnik" Polşanın əsas çempionatında mübarizə aparır və hazırda turnir cədvəlində 18 xalla 15-cidir. 

Yoxlama oyunu
20 yanvar
“Zirə” – “Qurnik” (Leçna, Polşa)

Antalya