"Zirə" "Qarabağ"la oyuna belə çıxacaq
Misli Premyer Liqasının 24-cü turunun maraqla gözlənilən oyunlarından biri də "Zirə" - "Qarabağ"dır.
Sportline.az xəbər verir ki, meydan sahibləri bu matça optimal heyətlə çıxacaqlar.
Klubdan verilən məlumata görə, oyunqabağı zədəli və cəzalı futbolçu yoxdur.
Qeyd edək ki, sabah keçiriləcək "Zirə" - "Qarabağ" oyunu saat 19:15-də başlanacaq.