"Zirə" rumıniyalı futbolçu ilə yolları ayırdı

"Zirə" legioneri ilə müqaviləni pozub.

SportLine.az xəbər verir ki, paytaxt klubu Qabriel Mateylə yolları ayırıb. Futbolçu Polşanın “Bruk-Bet Termalits” klubuna keçib. Bu barədə Polşa mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Matey “Zirə”yə 2017-ci ilin yay transfer pəncərəsində "Qurnik" klubundan transfer olunmuşdu. Son 1 ayda zədəli olan 27 yaşlı müdafiəçi "Zirə"nin heyətində Premyer Liqada 10 oyun keçirib.