"Zirə" Rusiya klubu ilə dueldə məyus oldu

Türkiyədə təlim-məşq toplanışı keçən "Zirə" bu gün növbəti yoxlama matçına çıxacaq. SportLine.az xəbər verir ki, rəqib Rusiyanın "Avanqard" kollektivi olacaq.

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 16:00-da səslənəcək.

Qeyd edək ki, "Zirə" ilk yoxlama oyununda Rumıniyanın "Voluntari" komandasına qalib gəlib - 2:0.


30 yanvar 2018
Yoldaşlıq görüşü

"Zirə" - "Avanqard" (Rusiya) - 0:3

Antalya, Türkiyə