Zirədə mövsümün rekordu
Futbol üzrə Azərbaycan birinciliyində mövsümün rekordu müəyyənləşib.
Sportline.az xəbər verir ki, referi Nicat İsmayıllı ölkə çempionatının 18-ci turu çərçivəsində keçirilən "Zirə" - "Kəpəz" qarşılaşmasında (2:2) 5 futbolçuya qırmızı vərəqə göstərib.
Matçın gedişində 4 dəfə ən ağır qərar qəbul edən İsmayıllı final fitindən sonra "Kəpəz"in daha bir oyunçusuna "qırmızı" verib.
Bu, cari "futbol ili" üçün rekord sayda qırmızı vərəqədir.
Qeyd edək ki, oyun zamanı "Zirə"dən Coşqun Diniyev (18-ci dəqiqədə) və Nemanya Andelkoviç (22), "Kəpəz"dən isə Elçin Əlicanovla (57) Georgi Kantariya, (90+1) meydandan qovulub.