Zaur Həşimov yenidən "Zirə"də

"Zirə”də yeni təyinat rəsmiləşib. 

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Zaur Həşimov "Zirə” Futbol Akademiyasına koordinator təyin edilib.

Mütəxəssis UEFA-nın PRO kateqoriyalı məşqçi lisenziyasına sahibdi.

Qeyd edək ki, Zaur Həşimov ötən mövsüm "Zirə"nin əsas komandasının baş məşqçisi olub.

Onu bu postda Rəşad Sadıqov əvəzləyib.