"Zirə"də yeni müqavilə
"Zirə” daha bir gənc futbolçu ilə müqaviləni yeniləyib.
Sportline.az xəbər verir ki, klub Cəlal Hüseynovla yeni müqavilə imzalayıb. 17 yaşlı futbolçu ilə əvvəlki müqavilə 2022-ci ilin yayında başa çatmalı idi. Yeni razılaşmaya əsasən futbolçu 2024-cü ilin yayına qədər "Zirə"də çıxış edəcək.
Cəlal Hüseynov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının da üzvüdür.