"Zirə"dən ayrıldı, 2-ci liqaya getdi

“Zirə” ilə yollarını ayıran Anastasios Papazoqlu karyerasını ölkəsi Yunanıstanda davam etdirəcək.

Sportline.az xəbər verir ki, 31 yaşlı müdafiəçi 2-ci liqa təmsilçisi “Ksanti”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, yunanıstanlı müdafiəçi 2019/20 mövsümündə “Zirə”də çıxış edib.