"Zirə"dən iki məşq

Mövsümün ikinci yarısına Türkiyənin Antalya bölgəsində hazırlaşan "Zirə” komandası günü iki məşqlə başa vurub.

SportLine.az-ın məlumatına görə, günün ilk çalışmalarında komanda əsasən fiziki hazırlıqlara üstünlük verib. "Qartallar” günün ikinci məşqində isə texniki-taktiki hazırlıqlarla kifayətlənib.