"Zirə"nin debütündən 5 il ötür

Avqustun 9-u "Zirə" üçün əlamətdar gündür.

Sportline.az xəbər verir ki, paytaxt klubu 2015-ci ilin məhz bu günündə Azərbaycan Premyer Liqasında debüt edib. 

"Qartallar" AZAL-ı 1:0 hesabı ilə üstələyərək Premyer Liqası tarixində ilk qələbəsini qazanıb. Viktor İqbekoyi isə "Zirə"nin Azərbaycan çempionatlarında ilk qolunun müəllifi kimi tarixə düşüb.