"Zirə"nin futbolçusu Rusiya klubunda
"Zirə" klubu futbolçusu Yeqor Boqomolskini "Ural"a icarəyə verib.
Sportline.az xəbər verir ki, Rusiya təmsilçisi bu keçidə görə "Zirə"yə 150 min manata yaxın təzminat ödəyib.
"Ural" komandası hazırda Rusiya I Divizionunda 41 xalla ikinci pillədə qərarlaşıb.
Yekaterinburq təmsilçisi lider "Fakel"dən 7 xal geridədir.
Komandanı "Sabah"ın sabiq baş məşqçisi Vasili Berezutski çalışdırır.