"Zirə"nin məşqçisindən qələbə şərhi
"Maraqlı görüş oldu. Uşaqlar yaxşı çıxış etdi, oyunlarından razıyam".
Sportline.az xəbər verir ki, bu sözləri "Zirə"nin məşqçisi Vaqif Paşayev Azərbaycan kubokunun 1/4 finalında "Səbail"ə qalib gəldikləri oyundan (4:0) sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis böyükhesablı məğlubiyyətə baxmayaraq, mərhələnin taleyininə cavab matçından sonra aydınlıq gələcəyini bildirib: "Qarşıda hələ cavab oyunu da var. Ayın 9-da bizi Premyer Liqada "Keşlə" ilə vacib oyun gözləyir. Bütün fikrimizi həmin oyuna yönəldəcəyik".
Qeyd edək ki, komandanın baş məşqçisi Rəşad Sadıqov cəzalı olduğu üçün mətbuat konfransında iştirak etməyib.