"Zirə"nin oyununda 8 qol

2021/22 mövsümünun ikinci yarısı üçün hazırlıq prosesini Antalyada davam etdirən “Zirə” bu gün yoxlama oyununa çıxıb

Sportline.az xəbər verir ki, komanda Macarıstan təmsilçisi “Peç” ilə qarşlıaşıb. Oyun "Peç"in 5:3 hesablı qələbəsi ilə başa çatıb. "Zirə"nin qollarını Ağabala Ramazanov, Vüsal Əliyev və İlkin Muradov vurub.

Qeyd edək ki, “Zirə” Antalyada daha 2 yoxlama oyunu keçirəcək. Paytaxt klubu  yanvarın 20-də Polşanın “Qurnik”(Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq. Komanda yanvarın 25-də Bakıya qayıdacaq.

13 yanvar
17:00. "Zirə" - "Peç" (Macarıstan) - 3:5