Zubimendinin sərbəst qalma məbləği açıqlanıb

"Real Sosyedad" ispaniyalı futbolçusu Martin Zubimendinin sərbəst qalma məbləğini açıqlayıb.

Sportline.az "ESPN" nəşrinə istinadən xəbər verir ki, İspaniya klubunun rəhbərliyi Zubimendi üçün 60 milyon avro tələb edir.

26 yaşlı yarımmüdafiəçini İngiltərənin "Arsenal" klubu transfer etmək istəyir.

Qeyd edək ki, Zubimendi cari mövsüm çıxış etdiyi 43 matçda 2 qol 2 asistlə yadda qalıb.