Çimayev oktaqona qayıdır

UFC-nin orta çəkili döyüşçüsü Həmzət Çimayev oktaqona dönməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, ərəb-çeçen əsilli idmançı bununla bağlı özü açılama verib.

"Ramazandan sonra bir az dincəldikdən sonra istənilən rəqiblə qarşılaşmağa hazır olacağıq. Mən Səudiyyə Ərəbistanında döyüşmək istəyirəm. Amma, görünın odur ki, kimsə orada mənimlə üzləşməyi arzulamır. Görək, necə alınır...", - deyə Çimayev "FCR MMA"ya açıqlamasında deyib.

Qeyd edək ki, təcrübəli idmançı keçirdiyi 13 peşəkar döyüşün hamısında qələbə çalıb.